Mövsümün sonunda "Qarabağ"la müqaviləsi başa çatan Yassin Benzia gələcəyi haqda danışıb.

Matc.az xəbər verir ki, "CBC Sport" kanalına danışan əlcəzairli yarımmüdafiəçi klubda qalmaq üçün şərtlərinin olduğunu deyib:

"Qarabağ"da qalmaq üçün şərtlərim çoxdur. Bunu sizə açıqlaya bilmərəm. Bu, mən və klubum arasına olan məsələdir. "Qarabağ"ı çox sevirəm. Qurban Qurbanov formamı bərpa etməyim üçün mənə çox kömək etdi. "Qarabağ"da qalıb-qalmamağımdan asılı olmayaraq, bu klub hər zaman qəlbimdə qalacaq".

Qeyd edək ki, Yassin Benzia 2023-cü ilin yanvar ayından "Qarabağ"da çıxış edir. 30 yaşlı futbolçu bu mövsüm Ağdam təmsilçisinin heyətində keçirdiyi 48 oyunda 12 qol vurub, 10 qol ötürməsi edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest