"Şamaxı" Azərbaycan çempionatlarının yüksək dəstəsində 900-cü qolunu vurub.
"Şamaxı" Azərbaycan çempionatlarının yüksək dəstəsində 900-cü qolunu vurub. Əvvəllər "Xəzər Universiteti", "İnter" və "Keşlə" adlarını da taşımış komandanın yubiley qolunu Abdullahi Şuaybu vurub. O, Azərbaycan Premyer Liqasının VII turunun "Zirə" ilə səfər görüşündə (1:1) fərqlənib.
Matc.az xəbər verir ki, bu barədə PFL-in mətbuat xidməti məlumat yayıb.
Bildirilir ki, 900-cü qol 733-cü matça təsadüf edib. Evdə 482, səfərdə 418 dəfə fərqlənən "Şamaxı" ümumi qol sayında yalnız "Qarabağ", "Neftçi" və "Kəpəz"dən geri qalır.
Qeyd edək ki, ilk qol 1999/2000 mövsümündə vurulub. 1999-cu il noyabrın 7-də "Neftçi" ilə ev oyununun (2:3) 37-ci dəqiqəsində fərqlənən Samir Ələkbərov klubun tarixinə düşüb.













