"Mançester Yunayted"in hücumçusu Coşua Zirkze İtaliyanın "Napoli" klubuna keçməyə razılıq verib və bu transferin yanvarda baş tutacağı gözlənilir.

Matc.az xəbər verir ki, bu barədə "Football365" nəşri məlumat yayıb.

Bildirilir ki, hazırda Neapol klubunda çıxış edən "Mançester Yunayted"in sabiq oyunçuları Rasmus Hoyland və Skott Maktomineyin potensial dəstəyi "Napoli"nin xeyrinə rol oynaya bilər. Niderlandlı forvarda "Napoli" ilə yanaşı, Turinin "Yuventus" klubu da maraq göstərir.

Daha əvvəl mankunianlıların rəhbərliyinin heyətdəki kadr problemləri səbəbindən yanvarda daha aktiv transfer siyasəti yürütmək imkanlarını nəzərdən keçirdiyi bildirilirdi.

Zirkze 2024-cü ilin yayında təxminən 36,5 milyon funt-sterlinq (43 milyon avro) qarşılığında "Bolonya"dan "Mançester Yunayted"ə keçib.

"Transfermarkt" portalı Zirkzeni 20 milyon avro dəyərində qiymətləndirir.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest