"Bavariya"nın prezidenti Herbert Hayner komandanın fransalı vingeri Maykl Olise gələcəyi və "Real"a mümkün transferi barədə yayılan iddialara münasibət bildirib.
Matc.az xəbər verir ki, bu barədə "Sporx" portalı məlumat yayıb.
Hayner Almaniya mətbuatına verdiyi açıqlamada Münhen klubunun ulduz futbolçularını satmağa məcbur olmadığını vurğulayıb. O, yay "transfer pəncərəsi"ndə adı "Real" ilə yanaşı çəkilən vinger haqqında danışarkən klubun güclü mövqedə dayandığını qeyd edib.
"Olise bizimlə birlikdə özünü çox rahat hiss edir. O, burada mühüm kuboklar qazana və beynəlxalq arenada ən üst səviyyədə mübarizə apara bilər. Yayda yayılan "Real" şayiələrinə gəlincə, bunu deməliyəm ki, "Bavariya" oyunçularını satmağa məcbur olan bir klub deyil, biz qərarlarimizi güclü mövqedən çıxış edərək alırıq. Olisenin 2029-cu ilə qədər müqaviləsi var və ümid edirəm ki, o, bu müqaviləni yeniləyəcək", - deyə klub rəhbəri bildirib.
Qeyd edək ki, Münhen təmsilçisi gənc fransalı futbolçunu komandada saxlamaq üçün ona yeni və astronomik şərtlərlə müqavilə təklif etməyə hazırlaşır.













