Ukraynanın "Şaxtyor" klubunun baş məşqçisi Arda Turan Türkiyə milli komandasından gələn təkliflə bağlı ilk dəfə rəsmi açıqlama verib.
Matc.az xəbər verir ki, bu barədə "Sporx" portalı məlumat yayıb.
Bildirilir ki, gənc mütəxəssis Türkiyə Futbol Federasiyasının rəhbərliyi ilə görüşündə milli komandaya keçid iddialarına qəti cavab verib:
"Klubum ayrılmağımı istəmir, mən də müharibə varkən onları yarı yolda qoymaram".
Bu cavabdan sonra federasiya rəsmiləri türkiyəli məşqçiyə eyni vaxtda həm klubu, həm də milli komandanı çalışdıra biləcəyi təklifini irəli sürüblər. 39 yaşlı mütəxəssisin yaranmış bu yeni variantı dəyərləndirmək üçün "Şaxtyor" rəhbərliyi ilə xüsusi bir görüş keçirəcəyi bildirib.
Xatırladaq ki, Vinçenso Montellanın gedişindən sonra adı Türkiyə millisi ilə hallanan Arda Turanın Ukrayna təmsilçisi ilə müqaviləsi cari mövsümün sonunda başa çatır.













