25 sabiq futbolçu, o cümlədən Premyer Liqada çıxış etmiş 3 oyunçu İngiltərə Futbol Assosiasiyasını (FA) məhkəməyə verib. Onlar qurumu travmatik beyin zədələrindən kifayət qədər müdafiə etməməkdə ittiham edib.
Türkiyə Kubokunda 4-cü mərhələnin oyunları davam edir. Azərbaycan milli komandasının üzvü Renat Dadaşovun da çıxış etdiyi "Hatayspor" bu gün 2-ci Liqa təmsilçisi "Düzcespor"u sınağa çəkəcək.
Avropa Liqasının qrup mərhələsinin 3-cü turunun təxirə salınan "Vilyarreal" (İspaniya) – "Makkabi" (Hayfa, İsrail) bu gün keçiriləcək. Oktyabrın 19-da UEFA-nın İcraiyyə Komitəsi sözügedən qarşılaşmanın 6 dekabr 2023-də keçirilməsi ilə bağlı qərar qəbul etmişdi.
Bu gün İngiltərə Premyer Liqasında XV tura start veriləcək. Turun mərkəzi qarşılaşması Mançesterdə baş tutacaq. Erik ten Haqın çalışdırdığı "Mançester Yunayted" evdə Maurisio Poçettinonun "Çelsi"si ilə üz-üzə gələcək.
İngiltərə Premyer Liqasında XV tura start verilib. İlk gündə 2 görüş baş tutub. "Vulverhempton" "Bernli"ni məğlub yola salıb. "Luton Taun"un qonağı olan "Arsenal" da çətin qələbəyə sevinib.
Bu gün Azərbaycan I Liqasında X tura start veriləcək. Birinci oyun günündə 2 görüş keçiriləcək. Yevlax təmsilçisi doğma azarkeşlər önündə "Karvan" yarışın üçüncüsü "İrəvan"ı qəbul edəcək. I Liqanın aşkar autsayderi "Difai Ağsu" isə "Zaqatala"nın qonağı olacaq.
Domen sahibinin adı: Əsgərov İxtiyar Kamal oğlu VÖEN: 7302144052 Tel: +994 50 286 01 35, +994 70 286 01 35 E-mail: ixtiyar1973@gmail.com Ünvan: Səbail rayonu, Yeni Salyan Şossesi, 22. Məsul redaktorun adı soyadı: Əsgərov İxtiyar Kamal oğlu.
Bu bir internet portalı - online idman-xeber saytıdır.
Saytın yaradılmasında məqsəd oxuculara Azərbaycanda, eləcə də dünyada baş verən idman hadisələrin operativ və obyektiv təhlilini təqdim etmək, ölkəmiz üçün əhəmiyyətli olan hadisələrin şərhini verməkdir. Buna görə də bu sahədə olan boşluğu müəyyən qədər doldurmaq niyyətindədir. Təbii ki, Azərbaycanda və dünyada baş verən idman hadisələri də operativ şəkildə çatdırmağa çalışacağıq. Bununla yanaşı, saytımızın oxucularına vaxtaşırı tanınmış idman xadimləri ilə eksklüziv müsahibələr, reportajlar, araşdırmalar təqdim etmək niyyətindəyik.