Türkiyə Kubokunda 4-cü mərhələnin oyunları davam edir. Azərbaycan milli komandasının üzvü Renat Dadaşovun da çıxış etdiyi "Hatayspor" bu gün 2-ci Liqa təmsilçisi "Düzcespor"u sınağa çəkəcək.

Türkiyə Kubokunda 4-cü mərhələnin oyunları davam edir. Matc.az xəbər verir ki, Azərbaycan milli komandasının üzvü Renat Dadaşovun da çıxış etdiyi "Hatayspor" bu gün 2-ci Liqa təmsilçisi "Düzcespor"u sınağa çəkəcək.
 
Türkiyə Kuboku
IV mərhələ
 
18:00 "Hatayspor" - "Düzcespor"
 
Xatırladaq ki, "Düzcespor" hazırda Türkiyə 2-ci Liqasının qırmızı qrupunda 16 oyundan sonra 20 xalla 9-cu sırada yer alır. "Hatayspor" isə Super Liqanın turnir cədvəlində 14 turdan sonra 18 xalla 10-cu pillədə qərarlaşıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest