“Qarabağ”ın futbolçusu Kevin Medina əməliyyat olunacaq. Matc.az xəbər verir ki, kolumbiyalı müdafiəçi Avropa Liqasının qrup mərhələsinin V turunda “Molde” ilə Norveçdə keçirilən oyunda zədələnib.
 
Ağdam klubunun aparıcı üzvünün əməliyyatı ölkə xaricində reallaşacaq. Medinanın ən azı 3 ay yaşıl meydanlardan kənarda qalması gözlənilir. Yəni onun avrokubokların pley-offunda iştirakı sual altındadı.
 
Qeyd edək ki, Medina “Molde” ilə matçın 75-ci dəqiqəsində zədələndiyi üçün əvəzlənmişdi.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest