“Mançester Yunayted” “Sportinq”in müdafiəçisi Maksimiliano Arauxonu transfer etməyi planlaşdırır.
Matc.az xəbər verir ki, bu barədə “Sport Witness” nəşri məlumat yayıb.
26 yaşlı uruqvaylı futbolçu yanvar transfer pəncərəsində “Old Trafford”a keçməyə müsbət yanaşır. Bildirilir ki, “Mançester Yunayted”in nümayəndələri futbolçunu canlı izləmək üçün Lissabona səfər ediblər. Arauxonun çıxışı klub rəsmilərində müsbət təəssürat yaradıb.
“Sportinq”lə 2030-cu ilin yayına qədər müqaviləsi olan müdafiəçinin sözləşməsində 80 milyon avroluq sərbəstqalma məbləği nəzərdə tutulub. Lakin Portuqaliya klubu 50-60 milyon avro arasında təklif qarşılığında futbolçunun transferini müzakirə etməyə hazır ola bilər.
Arauxo 2026/2027-ci illər mövsümündə “Sportinq”in heyətində keçirdiyi 15 oyunda 1 qol vurub və 2 məhsuldar ötürmə ilə yadda qalıb.
“Transfermarkt” portalı futbolçunun bazar dəyərini 40 milyon avro qiymətləndirir.













