Topaz Premyer Liqasının IX turunun "Neftçi" – "Qarabağ" oyununun ikinci hissəsi xoşagəlməz hadisəylə başlayıb. Matç.az saytı xəbər verir ki, 2:0 hesabı ilə öncə olan bakılıların fanatlar fasilədən sonra pirotexniki vasitələrlə atəşfəşanlığa başlayıb.

Qələbəni öncədən bayram etməyə başlayan azarkeşlərin sevincini polislər korlayıb. Fanatların sektoruna axışan ədalət qoruyucuları azarkeşləri sakitləşdirib və pirotexniki vasitələrdən istifadəyə imkan verməyib. Hətta kompakt şəkildə yığışan azarkeşlərdən bir neçə hissəyə ayrılması tələb olunub.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest