"Uşaqlıqdan 10 nömrə geyinən böyük adlara heyran olmuşam və bu nömrəni həmişə sevmişəm. Mən Ronaldinyo, Neymar və Messini izləyərək böyümüşəm"

“Bavariya”nın yarımmüdafiəçisi Camal Musiala uşaqlıqda bəyəndiyi futbolçulardan danışıb. Matc.az xəbər verir ki, üç oyunçunu xüsusi fərqləndirib.
 
Ancaq onlardan ikisi Musialanın kumiri olub: “Uşaqlıqdan 10 nömrə geyinən böyük adlara heyran olmuşam və bu nömrəni həmişə sevmişəm. Mən Ronaldinyo, Neymar və Messini izləyərək böyümüşəm. Təbii ki, kumirlərim Messi və Ronaldinyodu. Onların onlarla videolarına baxmışam. Uşaq vaxtı isə Zidanın formasını geyinirdim”.
 
Musiala cənubi amerikalı oyunçular Messi və Neymarda bəyəndiyi müsbət cəhətləri də sadalayıb: “Messiyə heyran olmuşam, o, məni həmişə valeh edib. Messinin qol vurmasına, Neymarın topla fəndlər etməsinə baxanda həmişə donub qalırdım. Sonra həyətə çıxıb bunu təkrarlamağa çalışırdım”.
 
Qeyd edək ki, Camal Musiala ilk peşəkar klubu olan “Bavariya”nın əsas komandasında 2020-ci ildən çıxış edir.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest