FİFA və UEFA İspaniya Ali İdman Şurasının (CSD) İspaniya Kral Futbol Federasiyasının (RFEF) işlərinə mümkün müdaxiləsindən narahatdı. Matc.az xəbər verir ki, UEFA hesab edir ki, hökumətin müdaxiləsi FİFA qanunlarını pozur.
 
Vəziyyət başqa ölkələrin federasiyalarında əvvəllər yaşananlarla eyni adlandırılır. FİFA və UEFA RFEF-in öz işlərini müstəqil və hakimiyyət orqanlarının müdaxiləsi olmadan idarə etməklə bağlı təsir gücünü qiymətləndirmək üçün əlavə məlumat tələb edəcək.
 
Bu müdaxilənin qanuna zidd olduğu təsdiqlənsə, İspaniya UEFA və FİFA-nın himayəsi altında keçirilən bütün beynəlxalq yarışlardan kənarlaşdırıla bilər.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest