“Atletiko”nun yarımmüdafiəçisi Aksel Vitsellə bağlı qərar verilib. Matc.az xəbər verir ki, belçikalı futbolçunun madridlilərlə müqaviləsini yeniləməsinə bir addım qalıb.
 
35 yaşlı orta sahə oyunçusu İspaniya təmsilçisinə 2022-ci ildə Dortmund “Borussiya”sından azad agent kimi keçib. O, bu komandada əsasən mərkəz müdafiəçisi mövqeyində çıxış edir. Futbolçunun performansı baş məşqçisi Dieqo Simeoneni qane edir. Tərəflər əməkdaşlığın daha bir mövsüm uzadılmasını razılaşdırıblar.
 
Qeyd edək ki, Aksel Vitsel bir müddət əvvəl Belçika millisindəki karyerasını başa vurduğunu açıqlayıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest