Kanada Futbol Assosiasiyası “Mançester Yunayted”in sabiq baş məşqçisi Ole Qunnar Sulşerlə danışığa başlayıb. Matc.az xəbər verir ki, qurum norveçli mütəxəssisin 2026-cı ildə Şimali Amerikada keçiriləcək dünya çempionatında komandaya rəhbərlik etməsini istəyir.
 
Daha əvvəl “Çelsi”nin sabiq çalışdırıcısı Frenk Lempard, eləcə də “Real”, “İnter”, “Roma” kimi klublara rəhbərlik etmiş Joze Mourinyo kanadalıların təklifindən imtina ediblər.
 
Qeyd edək ki, Ole Qunnar Sulşerin son iş yeri 2019-cu ilin martından 2021-ci ilin noyabrına kimi “Mançester Yunayted” olub. O, hazırda UEFA-da matç analitiki vəzifəsində çalışır.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest