Səudiyyə Ərəbistanının “Əl-Şəbab” klubunun yarımmüdafiəçisi İvan Rakitiç “Barselona”da çiyin-çiyinə oynadığı Lionel Messi və Neymar arasında müqayisə aparıb. Matc.az xəbər verir ki, xorvatiyalı futbolçu argentinalını braziliyalıdan üstün tutub.
 
“İlk növbədə onu demək istəyirəm ki, Neymarın böyük fanatıyam. O, həmişə mənim komandamdadı və sevimli oyunçumdu. Amma, əlbəttə ki, Messi futbol tarixinin ən yaxşısıdı”, - deyə Rakitiç bildirib.
 
Qeyd edək ki, İvan Rakitiç 2014-2020-ci illərdə “Barselona”da çıxış edib. Bu müddət ərzində o, bütün turnirlərdə 310 matçda iştirak edib, 35 qol vurub, 42 məhsuldar ötürmə verib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest