25 Aprel 2024, 19:46
FUTBOL
"Real"ın baş məşqçisi Karlo Ançelotti Xavinin daha bir mövsüm "Barselona"da qalmaq qərarına münasibət bildirib.
Matc.az xəbər verir ki, o, həmkarının qərarını dəstəkləyib:
"Xavi "Barselona"da yaxşı iş gördü. O, klubu çox yaxşı tanıyır. Düşünürəm ki, o, qalmaqla düzgün qərar verib”.
32 turdan sonra "Barselona" İspaniya La Liqasının turnir cədvəlində 70 xalla 2-ci pillədə qərarlaşıb.