“Ağ-qaralar”ın oyunçusu Ağadadaş Salyanski Əvəzedicilər Liqasının XXIX turunda “Sumqayıt-2” ilə görüşün 90+5-ci dəqiqəsində qeyri-etik ifadə və ya hərəkətə görə birbaşa qırmızı vərəqə almış, buna görə, AFFA İntizam Komitəsi tərəfindən 4 matçlıq cəzalanmışdı.

Apellyasiya Arbitraj Tribunalı növbəti qərarını açıqlayıb. Matc.az xəbər verir ki, şikayətçi “Neftçi” tərəfindən verilən apellyasiya şikayəti təmin edilməyib.
 
Belə ki, “ağ-qaralar”ın oyunçusu Ağadadaş Salyanski Əvəzedicilər Liqasının XXIX turunda “Sumqayıt-2” ilə görüşün 90+5-ci dəqiqəsində qeyri-etik ifadə və ya hərəkətə görə birbaşa qırmızı vərəqə almış, buna görə, AFFA İntizam Komitəsi tərəfindən 4 matçlıq cəzalanmışdı.
 
Apellyasiya Arbitraj Tribunalı həmin qərarı qüvvədə saxlayıb. Klubun bu qərardan Lozannadakı (İsveçrə) İdman üzrə Arbitraj Məhkəməsinə (CAS) şikayət etmək hüququ var.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest