26 Aprel 2024, 17:02
FUTBOL
FİFA referisi Əliyar Ağayev növbəti dəfə Yunanıstan Super Liqasının oyununa təyinat alıb. Matc.az xəbər verir ki, Yunanıstan Futbol Federasiyasının dəvətinə əsasən, o, Super Liqanın çempionluq qrupunun XXXIV turu çərçivəsində “Panatinaikos” – "Aris" oyununun baş hakimi olacaq.
Qarşılaşma aprelin 28-də keçiriləcək.
“Apostolos Nikolaidis” stadionunda baş tutacaq qarşılaşmada Əliyar Ağayevə Zeynal Zeynalov və Akif Əmirəli kömək edəcəklər.