Alberto Cilardino "Parma"ya rəhbərlik etməyə hazırlaşır.

Matc.az xəbər verir ki, bu barədə jurnalist Canluka Di Marsio məlumat yayıb.

Bildirilir ki, o, hazırda "Piza" ilə müqaviləsinə xitam verilməsi prosedurunu tamamlayır. 44 yaşlı mütəxəssis Emiliya təmsilçisi ilə artıq razılıq əldə edib və onun bu axşam Parmaya gələcəyi gözlənilir.

Xatırladaq ki, "Parma" 2025-ci ilin yayından kluba rəhbərlik edən baş məşqçi Karlos Kuesta Qarsiyanı istefaya göndərib. A Seriyasının 5 turundan sonra komanda 4 xal toplayaraq 15-ci pillədə qərarlaşıb.

Kuestanın gedişindən sonra klub rəhbərliyi seçimi Cilardinonun xeyrinə etmək qərarına gəlib, İqor Tudor, Roberto D’Aversa və ya Stefano Pioli ilə heç bir təmas olmayıb. Tərəflər klubun sabiq oyunçusunun baş məşqçi postuna təyinatını rəsmiləşdirmək üçün danışıqlarda irəliləyiş əldə ediblər.

Qeyd edək ki, Cilardino 2002-2005-ci illərdə "Parma"da çıxış edib.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest