"Mançester Yunayted"in baş məşqçisi Maykl Kerrik təzyiq altındadır. Klub rəhbərliyi 2026/2027 mövsümünə uğursuz start verilməsi fonunda italyan mütəxəssis Antonio Konte ilə ilkin təmasa keçib.

Matc.az xəbər verir ki, bu barədə "Goal" nəşri məlumat yayıb.

Komanda "Hall Siti", "Mançester Siti" və "Brayton"a uduzub, yalnız doğma meydanda "İpsviç" və Çempionlar Liqasında "Sabah" üzərində qələbə qazanıb. Nəticələr yaxşılaşmayacağı təqdirdə Konte Kerriki əvəzləmək üçün əsas namizəd hesab olunur.

Konte hazırda "Napoli"dən ayrıldıqdan sonra klubsuzdur və onun İngiltərədə iş təcrübəsi var. O, "Tottenhem"i və Premyer Liqa çempionluğunu qazandığı "Çelsi"ni çalışdırıb.

Kerrikin vəziyyəti dəyişmək üçün beynəlxalq fasilədən istifadə etməli olduğu vurğulanır. Fasilədən sonra "Mançester Yunayted" üç gün ərzində iki oyun keçirəcək – doğma meydanda "Tottenhem"lə və Çempionlar Liqasında səfərdə "Atletiko" ilə qarşılaşacaq.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest