Paris Apellyasiya Məhkəməsi Madrid "Real"ının hücumçusu Kilian Mbappenin PSJ futbol klubuna 60 min avro ödəməsi barədə qərar çıxarıb.

Matc.az xəbər verir ki, bu barədə "L'Equipe" nəşri məlumat yayıb.

Bildirilir ki, sözügedən cərimə Fransa komandasının 2025-ci ildə bank hesablarının bloklanmasına görə kompensasiya xarakteri daşıyır.

Xatırladaq ki, 2024-cü ilin avqustunda, "Real"a transferindən sonra futbolçu keçmiş klubuna qarşı 60 milyon avro məbləğində iddia qaldırıb. Onun iddiasına görə, PSJ ona çatacaq bonus və mükafatları ödəməyib. 2025-ci ilin baharında işə əmək məhkəməsi baxıb.

Araşdırma fonunda hücumçunun vəkilləri Paris klubunun bank hesablarına təminat məqsədilə həbs qoyulması təşəbbüsü ilə çıxış ediblər. May ayında bu tədbir PSJ-nin vəsatəti ilə ləğv edilib. Lakin artıq dekabrda əmək məhkəməsi klubdan oyunçunun xeyrinə təxminən 61 milyon avro tutulması barədə qərar çıxarıb.

Mbappe 2024-cü ildən "Real"ın şərəfini qoruyur. O, 2026/2027 mövsümündə bütün turnirlərdə 7 oyunda iştirak edib, 8 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest