İtaliyanın "Bolonya" klubunun rəhbərliyi Domeniko Tedeskonu baş məşqçi postundan qovmaq barədə qərar qəbul edib.
Matc.az xəbər verir ki, bu barədə insayder Fabrisio Romano məlumat yayıb.
Bildirilir ki, Tedeskonun xələfi artıq müqavilə imzalanan Raffaele Palladino olmalıdır. Mütəxəssis cari ilin iyun ayında "Atalanta"nın baş məşqçisi postundan ayrıldıqdan sonra işsiz idi. O, həmçinin "Montsa" və "Fiorentina"nı da çalışdırıb.
Xatırladaq ki, Tedesko bu ilin yayında "Bolonya"nın sükanı arxasına keçib və komanda cari mövsümdə hələ heç bir qələbə qazanmayıb. Dörd tur ərzində "Bolonya" üç dəfə məğlub olub və bir dəfə heç-heçə edib.
41 yaşlı mütəxəssis İtaliya komandasına təyinatından əvvəl "Ertsgebirge Aue", "Şalke", "Spartak" (Moskva), "Leypsiq" və "Fənərbaxça"da klub işi təcrübəsinə malik olub.
Bundan başqa, Tedesko 2023-cü ilin fevralından 2026-cı ilin yanvarına kimi Belçika millisinin baş məşqçisi işləyib. O, komandanı AVRO-2024-ə çıxarıb və 1/8 finalda Fransaya uduzaraq (0:1) mübarizəni dayandırıb.













