"Barselona"nın idman direktoru Deko Rafinya ilə yeni müqavilə üzrə danışıqlara başlamaq üçün onunla görüşüb.

Matc.az xəbər verir ki, bu barədə "Sport.es" nəşri məlumat yayıb.

Bildirilir ki, qeyri-rəsmi nahar restoranların birində baş tutub. Dekodan başqa görüşdə futbolçunun xanımı və klubun müşaviri Alexandro Eçevariya da iştirak ediblər.

Qeyd olunur ki, Rafinya özünü tamamilə kluba həsr edib və yeni müqavilənin bağlanması üçün hər hansı maneə yaratmaq niyyətində deyil.

Bu mövsümün startında braziliyalı vinger klubun heyətində çıxdığı 6 matçda 8 qol vurub və 3 məhsuldar ötürmə edib. Futbolçunun hazırkı müqaviləsi 2028-ci ilə qədər nəzərdə tutulub.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest