"Lans"ın baş məşqçisi Dino Topmöllyer yaxın vaxtlarda vəzifəsindən azad olunacaq.
Matc.az xəbər verir ki, bu barədə "L'Équipe" nəşri məlumat yayıb.
Almaniyalı mütəxəssis Fransa klubunun sükanı arxasına bu yay keçsə də, "Lans" rəhbərliyi artıq 45 yaşlı məşqçi ilə əməkdaşlığa xitam vermək qərarına gəlib. Topmöllyer komandanı Liqa 1-in sentyabrın 18-i "Monako"ya qarşı keçiriləcək növbəti matçına çıxarmayacaq.
Almaniyalı mütəxəssis "Lans"ın başında Fransa çempionatında cəmi 4 oyuna çıxıb. Komanda mövsümə "Oser" üzərində qələbə ilə başlasa da, növbəti turlarda "Strasburq" və "Loryan"a uduzub, son turda isə "Le-Man"la heç-heçə edib.
Bununla belə, Topmöllyerin startını tamamilə uğursuz adlandırmaq olmaz. Onun rəhbərliyi altında "Lans" PSJ-ni məğlub edərək Fransa Superkubokunu qazanıb, həmçinin UEFA Çempionlar Liqasının əsas mərhələsinin ilk oyununda Praqa "Slaviya"sı üzərində qələbə çalıb.
Müqaviləyə vaxtından əvvəl xitam verilməsinin səbəblərinden biri köməkçi Nelson Morqado ətrafındakı vəziyyət ola bilər. Topmöllyerin, klub rəhbərliyinin məşqçilər heyətindən uzaqlaşdırmaq istədiyi köməkçisinə dəstək verməkdə israr etdiyi bildirilir.
Komandaya müvəqqəti olaraq Topmöllyerin digər köməkçisi Yannik Kayuzak rəhbərlik edə bilər. O, mövsümün əvvəlindən "Lans"ın məşqçilər heyətində çalışır və rəhbərlik tərəfindən artıq uzun müddətdir ki, gələcəyin potensial baş məşqçisi kimi nəzərdən keçirilir.












_1789490455.jpg)
