İngiltərə millisinin keçmiş yarımmüdafiəçisi Ceyms Milner sabiq klubu "Liverpul"a yeni rolda qayıdıb.
Matc.az xəbər verir ki, bu barədə "Liverpool Echo" nəşri məlumat yayıb.
Bildirilir ki, 40 yaşlı ingiltərəli mütəxəssis "Liverpul"un akademiyasında uşaq məşqçisi təyin olunub. O, kiçik yaş qrupları ilə çalışacaq. Paralel olaraq Milner UEFA-nın Pro məşqçilik lisenziyasını almaq üçün təhsilini davam etdirir.
Xatırladaq ki, Milner cari ilin yayında oyunçu karyerasını başa vurub. O, 2015–2023-cü illərdə "Liverpul"un heyətində çıxış edib və bütün turnirlərdə meydana çıxdığı 332 matçda 26 qol vurub. Klubla Premyer Liqa və Çempionlar Liqasının qalibi olub.
Təcrübəli oyunçu karyerası ərzində "Lids", "Suindon", "Nyukasl", "Aston Villa", "Mançester Siti" və "Brayton" klublarında da çıxış edib. 2009–2016-cı illərdə isə İngiltərə millisinin heyətində 61 oyun keçirib və 1 qol vurub.






_1789490455.jpg)
_1789485061.jpg)





