Tanınmış əlcəzairli yarımmüdafiəçi İsmayıl Bennaser "Əl-Qərəfə"nin oyunçusu olub.
Matc.az xəbər verir ki, bu barədə Qətər klubunun mətbuat xidməti məlumat yayıb.
Bildirilir ki, müqavilə 2 illik – 2028-ci ilin iyun ayının sonuna qədər nəzərdə tutulub. Bennaser "Əl-Qərəfə"yə cari ilin avqust ayından bəri daşıdığı azad agent statusu ilə keçib.
2019-cu ildən "Milan"ın oyunçusu olan Bennaser ötən mövsümü icarə əsasında Zaqreb "Dinamo"sunda keçirib. Ötən yay İtaliya klubu futbolçu ilə müqaviləyə xitam verib.
28 yaşlı əlcəzairli oyunçu karyerası ərzində "Arl-Avinyon", "Arsenal", "Tur", "Empoli" və "Marsel" klublarında da çıxış edib.
O, 2016-cı ildə debüt etdiyi Əlcəzair millisinin heyətində 57 matça çıxıb və 3 qol vurub. Bennaser 2019-cu ildə milli komanda ilə Afrika Millətlər Kubokunun qalibi olub və turnirin ən yaxşı oyunçusu seçilib.









_1789490455.jpg)
_1789485061.jpg)


