"Əl-Nəsr"in hücumçusu Kriştiano Ronaldo çıxış etdiyi klubu satın almağa hazırlaşır.
Matc.az xəbər verir ki, bu barədə Portuqaliyanın "A Bola" nəşri məlumat yayıb.
Bildirilir ki, portuqaliyalı ulduz "Milan"ın sahibi Cerri Kardinale, həmçinin iş adamları İbrahim Əl-Mühaydib, Məhəmməd Əl-Xürayci və Şərəf Əl-Həriri ilə birlikdə Səudiyyə Ərəbistanının Dövlət İnvestisiya Fonduna (PIF) klubun alınması ilə bağlı rəsmi təklif göndərməyə hazırlaşır.
Ronaldo "RedBird Capital Partners"in direktoru Kardinale ilə yanaşı, bu sövdələşmənin əsas fiqurlarından biri olacaq. Maliyyə planının təfərrüatlarına əsasən, konsorsiumun beş iştirakçısının hər biri "Əl-Nəsr"in büdcəsinə irimiqyaslı investisiya yatırmaq üçün minimum 92 milyon avro vəsait ayırmalıdır.
Prosesin ən kritik və həlledici mərhələyə qədəm qoyduğu qeyd olunur. "RedBird Capital" və konsorsiumun nümayəndələri yaxın 48 saat ərzində PIF rəhbərliyi ilə təcili görüş keçirməlidirlər. Bu yüksək səviyyəli görüş danışıqların taleyini həll edəcək – dövlət fondu "Əl-Nəsr" üzərindəki idarəçiliyi təhvil verməyə razı olacaq, yoxsa sövdələşmə alt-üst olacaq.






_1789490455.jpg)
_1789485061.jpg)





