Bu gün futbol üzrə 2026-cı il dünya çempionatının qalibi müəyyənləşəcək.
Matc.az xəbər verir ki, planetin ən güclü komandasını müəyyən edəcək həlledici final qarşılaşmasında İspaniya və Argentina yığmaları üz-üzə gələcək.
ABŞ-nin İst-Raterford şəhərindəki "MetLayf" stadionunda keçiriləcək tarixi oyun Bakı vaxtı ilə saat 23:00-da start götürəcək. Səkkizinci dəfə mundialın finalına yüksələn son dünya çempionu Argentina titulunu qorumağa, turnir boyu cəmi 1 qol buraxan İspaniya isə tarixində ikinci dəfə kuboku başı üzərinə qaldırmağa çalışacaq.
Bu möhtəşəm final matçını sloveniyalı FİFA referisi Slavko Vinçiçin başçılıq etdiyi hakimlər briqadası idarə edəcək.
Luis de la Fuentenin rəhbərlik etdiyi İspaniya millisi yarımfinalda Fransanı məğlub edərək adını finala yazdırıb. Lionel Skaloninin rəhbərlik etdiyi Argentina seçməsi isə gərgin yarımfinal qarşılaşmasında İngiltərə səddini aşaraq ardıcıl ikinci dəfə həlledici mrhələyə vəsiqə qazanıb.
DÇ-2026
FİNAL
19 iyul (bazar)
23:00. İspaniya – Argentina
Baş hakim: Slavko Vinçiç
Baş hakimin köməkçiləri: Tomaş Klançnik, Andraj Kovaçiç
Dördüncü hakim: İrfan Pelto
VAR: Nejc Kaytazoviç
AVAR: Alen Boroşak
Dəstək VAR hakimi: Rade Obrenoviç
"MetLayf" stadionu (İst-Raterford)













