Bu gün UEFA Çempionlar Liqasında I təsnifat mərhələsinin cavab oyunlarına start verilib. Ölkəmizi mötəbər turnirdə təmsil edən "Sabah" səfərdə Uelsin TNS komandası ilə qarşılaşıb.

Matc.az xəbər verir ki, ilk oyunda rəqibini 2:0 hesabı ilə məğlub edən təmsilçimiz səfərdə də qələbə qazanıb.

Osvestri şəhərindəki "Park Hall" stadionunda baş tutan oyunda 1:2 hesabı ilə rəqibini məğlub edən "Sabah" II mərhələyə yüksəlib.

Qeyd edək ki, təmsilçimiz II təsnifat mərhələsində Finlandiyanın "KuPS"  komandası ilə üz-üzə gələcək.

UEFA Çempionlar Liqası
I təsnifat mərhələsi, cavab oyunu
14 iyul

TNS – "Sabah" - 1:2
Qollar: 
Coşua Lok, 89 // Coy Lens Mikels, 28, Rəhman Daşdəmirov, 43 
(İlk oyun - 0:2)

Baş hakim: Mateu Buskets Ferrer
Baş hakimin köməkçiləri: İniqo Prieto, Qonzalo Qarsiya
Dördüncü hakim: Miqel Anhel Ortis
VAR: Alexandro Muniz Ruis
AVAR: Xose Luis Munuera Montero
Dəstək VAR hakimi: Karlos del Serro Qrande
"Park Hall" (Osvestri)

TNS: 1. Natan Şepperd, 14. Daniel Villiams, 16. Dinel Simo, 6. Cek Bodenham, 10. Daniel Redmond (k), 21. Leo Smit, 4. Dominik Korness, 15. Eoin Farrell, 8. Rayan Brobbel, 20. Ris Hyuz, 17. Cordan Villiams
Ehtiyat oyunçular: 44. Corc Jenniks, 7. Daniel Barton, 12. Harvi Dodsmark-Ford, 19. Ben Klark, 22. Daniel Devis, 23. Zah Nolan, 24. Cek Nadin, 26. Luis Filips, 27. Cek Kanavan, 31. Ben Voollam, 34. Coşua Lok, 37, İsak Ceffris
Baş məşqçi: Kreyq Harrison

"Sabah": 92. Stas Pakatilov (k), 27. Timateuş Puxaç, 5. Rəhman Daşdəmirov, 33. Erivaldo Almeyda, 80. Akim Zedadka, 13. İvan Lepinitsa, 7. Umarali Raxmonaliyev, 10. Aleksey İsayev, 19. Aron Maluda, 21. Velka Simiç, 20. Coy Lens Mikels
Ehtiyat oyunçular: 1. Amin Ramazanov, 94. Rəvan Mirzəmmədov, 4. Aden Makarti, 6. Abdulah Xaybulayev, 11. Kahim Parris, 16. Rauf Rüstəmli, 17. Tellur Mütəllimov, 23. Yunes Laşab, 34. Xander Severina, 88. Rodriqo Fernandeş, 89. Cəfər Muxtarov, 99. Orfe Mbina
Baş məşqçi: Valdas Dambrauskas

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest