İngiltərə millisi 2026-cı il dünya çempionatının üçüncü yer uğrunda keçirilən pley-off matçında Fransa yığmasını üstələyərək bürünc medallara sahib çıxıb.

Matc.az xəbər verir ki, Mayamidə baş tutan və ümumilikdə 10 qolun vurulduğu olduqca məhsuldar qarşılaşma ingilislərin 6:4 hesablı qələbəsi ilə başa çatıb.

Bununla da komanda dünya çempionatları tarixində son 60 ildə ilk medalını qazanıb. İngilislər sonuncu dəfə 1966-cı ildə ev sahibliyi etdiyi mundialda qızıl medallara sahib çıxmışdı.

İngiltərə yığmasının uzunillik uğursuz seriyasını qıran baş məşqçi isə almaniyalı mütəxəssis Tomas Tuxel olub.

Qeyd edək ki, bu, İngiltərə millisinin tarixində dünya çempionatlarında qazandığı ümumilikdə ikinci mükafatdır.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest