"Çelsi" "Aston Villa"nın yarımmüdafiəçisi Morqan Rocersin transferi ilə bağlı şifahi razılıq əldə edib.
Matc.az xəbər verir ki, bu barədə "The Athletic" nəşrinin jurnalisti və insayder Devid Ornşteyn sosial şəbəkə hesabında məlumat yayıb.
Bildirilir ki, Birmingem klubu londonluların 117 milyon funt-sterlinq (137 milyon avro) dəyərindəki təklifini qəbul edib. Futbolçunun "mavilər"lə daha bir mövsüm uzadılma variantı olan 6 illik müqavilə imzalayacağı gözlənilir. Yarımmüdafiəçi bazar ertəsi tibbi müayinədən keçəcək.
Ötən mövsüm "Aston Villa"nın heyətində bütün turnirlərdə ümumilikdə 55 matçda meydana çıxan Morqan Rocers 14 qol vurub və 12 məhsuldar ötürmə ilə fərqlənib. "Transfermarkt" portalında oyunçunun hazırkı dəyəri 90 milyon avro təşkil edir.













