18 İyul 2026, 14:36
FUTBOL
"Şalke" "Fiorentina"nın cinah müdafiəçisi Robin Qozensi heyətinə qatıb.
Matc.az xəbər verir ki, bu barədə Almaniya klubunun mətbuat xidməti məlumat yayıb.
Bildirilir ki, 32 yaşlı futbolçu 1 illik icarəyə götürülüb və müqavilədə məcburi satın alma bəndi də yer alıb.
Hazırda almaniyalı oyunçunun transfer dəyəri 4 milyon avro qiymətləndirilir. Müdafiəçi son 2 mövsümü "Fiorentina"da keçirib və bütün turnirlərdə meydana çıxdığı 75 matçda 11 qol, 10 məhsuldar ötürmə ilə yadda qalıb.
Təcrübəli oyunçu karyerası ərzində "Vitess", "Dordrext", "Herakles", "Atalanta", "İnter" və "Union" (Berlin) klublarında da çıxış edib.
Almaniya millisində 24 oyunda 2 qol vuran Qozens yığmada sonuncu dəfə ötən il meydana çıxıb.













