18 İyul 2026, 20:46
FUTBOL
"Sportinq"in yarımmüdafiəçisi Fransişku Trinkau Səudiyyə Ərəbistanının "Əl-Əhli" klubuna transfer olunub.
Matc.az xəbər verir ki, bu barədə Ciddə təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
Bildirilir ki, Səudiyyə Ərəbistanı klubu 26 yaşlı portuqaliyalı futbolçu ilə 4 illik müqavilə imzalayıb.
Rəsmi olaraq maliyyə detalları açıqlanmasa da, daha əvvəl yayılan məlumatlara görə, "Al-Əhli" bu keçid üçün Portuqaliya klubuna 45 milyon avro ödəyəcək. Sövdələşmədə əlavə olaraq 5 milyon avro bonusun da nəzərdə tutulduğu qeyd edilir.
Ötən mövsüm Portuqaliya çempionatında ümumilikdə 34 matçda meydana çıxan təcrübəli yarımmüdafiəçi 7 qol vurub və 11 məhsuldar ötürmə ilə fərqlənib.













