İspaniya yığması 2026-cı il dünya çempionatının Argentina ilə final matçı ərəfəsində nəzərdə tutulan məşqini güclü ildırım və fırtına səbəbindən təxirə salıb.

Matc.az xəbər verir ki, bu barədə "Marca" nəşri məlumat yayıb.

Bildirilir ki, Kral İspaniya Futbol Federasiyası rəsmi açıqlama yayıb:

"İspaniya yığmasının Nyu-Cersidəki "Melanie Lane Training Ground" bazasındakı məşqi ABŞ-da qüvvədə olan fırtına təhlükəsizlik protokoluna uyğun olaraq dayandırılıb. Hazırda futbolçular qapalı idman zalında isinmə hərəkətləri edirlər".

Əlverişsiz hava şəraiti Argentina millisinə də təsir edib və onların məşqi gecikib. Lakin ispaniyalılardan fərqli olaraq, argentinalıların bəxti gətirib; onlar təhlükəsizlik xidmətlərindən icazə alaraq meydanda tam məşq keçə biliblər.

Xatırladaq ki, İspaniya və Argentina yığmaları arasında həlledici oyun iyulun 19-da Nyu-York yaxınlığındakı İst-Raterford şəhərində yerləşən "MetLayf" stadionunda keçiriləcək.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest