18 İyul 2026, 21:15
FUTBOL
Şamaxı təmsilçisi yarımmüdafiəçi Filipe Marquesi heyətinə qatıb.
Yeni mövsüm üçün heyətini formalaşdırmağa davam edən "Şamaxı" növbəti transferini reallaşdırıb.
Matc.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Bildirilir ki, Şamaxı təmsilçisi portuqaliyalı yarımmüdafiəçi Filipe Marquesi heyətinə qatıb. Bölgə klubu 28 yaşlı futbolçu ilə 2 illik müqavilə imzalayıb.
Təcrübəli oyunçu son olaraq Portuqaliyanın "Amora" klubunun formasını geyinib.













