19 İyul 2026, 03:40
FUTBOL
Futbol üzrə 2026-cı il dünya çempionatının İngiltərə və Fransa yığmaları arasında üçüncü yer uğrunda keçirilən matçın ən yaxşı oyunçusu bəlli olub.
Matc.az xəbər verir ki, bu barədə turnirin təşkilat komitəsinin mətbuat xidməti məlumat yayıb.
Bildirilir ki, ingilislərin heyətində Bukayo Saka oyunun ən yaxşısı adına layiq görülüb. O, sözügedən matçda het-trik edərək komandasının 6:4 hesablı tarixi qələbəsində və bürünc medal qazanmasında əsas pay sahibi olub.
24 yaşlı vinger qarşılaşmanın 37, 45+1 və penaltidən 87-ci dəqiqələrində rəqib qapısına yol taparaq komandasının 60 illik medal həsrətinə son qoyub.













