Amerika Kubokunun 1/4 final mərhələsində Venesuela ilə keçirilən oyun Argentina millisinin yarımmüdafiəçisi Anxel Di Mariya üçün əlamətdar olub. Matc.az saytının məlumatına görə, 31 yaşlı futbolçu yığmada yubiley görüşünə çıxıb.

Belə ki, ikinci hissədə meydana daxil olan Di Mariya Argentinanın heyətində 100-cü oyununu keçirib. Bununla o, 100-ə çatan 6-cı argentinalı olub. Bu baxımdan rekord 147 görüşlə Xavyer Maskeranoya məxsusdu.

Qeyd edək ki, Venesuelanı 2:0 hesabı ilə məğlub edən Argentina yarımfinalda Braziliya ilə qarşılaşacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest