19 Yanvar 2026, 13:45
FUTBOL
"Mançester Siti" Klaudio Eçeverrini icarəyə verib.
Matc.az xəbər verir ki, İngiltərə klubu argentinalı vingeri "Jirona"ya göndərib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
20 yaşlı futbolçu yaya qədər La Liqa təmsilçisinin formasını geyinəcək.
Qeyd edək ki, Klaudio Eçeverri mövsümün ilk yarısında icarə əsasında "Bayer"də çıxış edib. Gənc oyunçu leverkuzenlilərin heyətində keçirdi 11 oyunda 1 qol ötürməsi edib.












