18 Yanvar 2026, 17:12
FUTBOL
UEFA Çempionlar Liqasının Liqa mərhələsində "Qarabağ"ın rəqibi olan "Ayntraxt" baş məşqçi Dino Toppmöllerlə yollarını ayırıb.
Matc.az xəbər verir ki, bu barədə Almaniya klubunun mətbuat xidməti məlumat yayıb.
45 yaşlı mütəxəssislə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.
Dino Toppmöller 2023-cü ilin yayında Frankfurt təmsilçisinin baş məşqçisi vəzifəsinə təyin olunmuşdu.
Qeyd edək ki, "Qarabağ" - "Ayntraxt" qarşılaşması yanvarın 21-də Bakıda keçiriləcək.












