"Xetafe" Belçikanın "Brügge" klubunun müdafiəçisi Zaid Romeronu icarəyə götürüb.

Matc.az xəbər verir ki, bu barədə İspaniya klubunun mətbuat xidməti məlumat yayıb.

Bildirilir ki, icarə müqaviləsi 2026-cı ilin yayına qədər nəzərdə tutulub.

O, 2024-cü ilin iyulundan "Brügge"də çıxış edir və Belçika təmsilçisi ilə müqaviləsinin müddəti 2028-ci ilin yayına qədərdir.

Qeyd edək ki, 26 yaşlı argentinalı müdafiəçi 2025/2026 mövsümündə 7 oyunda meydana çıxıb, lakin fərqlənə bilməyib. "Transfermarkt" portalında futbolçunun transfer dəyəri 2 milyon avro qiymətləndirilir.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest