Amsterdamın "Ayaks" klubu Yohan Kroyffun oğlu Xordi Kroyffu klubun texniki direktoru təyin edib.

Matc.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat paylaşıb.

Kroyffun vəzifə müddəti 1 fevral 2026-cı ildə başlayacaq və müqaviləsi 2028-ci ilin iyun ayına qədər davam edəcək.

Xordi Kroyff karyerasını İspaniyada davam etdirməzdən əvvəl bir neçə il "Ayaks"ın gənclər akademiyasında çalışıb və "Barselona" ilə müqavilə imzalayıb. Peşəkar futbolçu kimi o, "Barselona" və "Mançester Yunayted"də oynayıb, həmçinin Niderland milli komandasında 9 oyun keçirib.

Futbolçu karyerasını başa vurduqdan sonra Kroyff futbolda müxtəlif vəzifələrdə, o cümlədən "Makkabi" (Tel-Əviv) və "Barselona"da idman direktoru vəzifələrində çalışıb. Hazırda o, İndoneziya Futbol Assosiasiyasının məsləhətçisidir.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest