19 Yanvar 2026, 12:06
FUTBOL
"Atalanta"nın müdafiəçisi Ben Qodfri karyerasını Danimarkada davam etdirəcək.
Matc.az xəbər verir ki, bu barədə "Telegraph" nəşri məlumat yayıb.
"Brondbü" İngiltərə millisinin sabiq üzvünün keçidini həll edib. 28 yaşlı mərkəz müdafiəçisi mövsümün ikinci yarısında icarə əsasında Danimarka klubunun formasını geyinəcək.
Qeyd edək ki, Ben Qodfri mövsümün ilk yarısında icarə əsasında "Şeffild Yunayted"də çıxış edib.












