Tomas Frankın "Tottenhem"in baş məşqçisi kimi gələcəyi ciddi şübhə altındadır. 22-ci turda "Vest Hem"ə evdə 1:2 hesabı ilə məğlub olduqdan sonra danimarkalı mütəxəssisə təzyiq artıb.
Matc.az xəbər verir ki, bu barədə "Sky Sports" məlumat yayıb.
Bildirilir ki, klubun direktorlar şurası artıq Frankla işləməyin mümkünlüyü barədə danışıqlar aparıb. "Tottenhem" rəhbərliyi hazırda bütün mümkün variantları nəzərdən keçirirlər, baxmayaraq ki, hələlik yekun qərar verilməyib.
Rəhbərliyin ilkin planı danimarkalı mütəxəssisin rəhbərlik etdiyi uzunmüddətli strategiyanı nəzərdə tuturdu və klub bu kursu davam etdirmək istəyir. Lakin komanda ətrafındakı atmosfer onları prioritetlərini yenidən nəzərdən keçirməyə məcbur edir.
Qeyd edək ki, 22-ci turdan sonra "Tottenhem" cəmi 27 xalla Premyer Liqa cədvəlində 14-cü yerdədir.












