"Mançester Siti"nin yarımmüdafiəçisi Klaudio Eçeverri karyerasını "Jirona"da davam etdirəcək.

Matc.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Transfer cari mövsümün sonuna qədər icarə əsasında həyata keçirilib. Müqavilənin maliyyə təfərrüatları açıqlanmayıb.

20 yaşlı futbolçu mövsümün ilk yarısını "Bayer"də keçirib. Onun leverkuzenlilərlə icarə müqaviləsi 2025-ci ilin sonunda başa çatıb.

Bu mövsüm Eçeverri bütün yarışlarda 11 oyunda iştirak edib və bir məhsuldar ötürmə edib.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest