19 Yanvar 2026, 13:26
ÇEMPİONLAR LİQASI
UEFA Çempionlar Liqası Liqa mərhələsinin VII turu çərçivəsində keçiriləcək "Qarabağ" - "Ayntraxt" matçının hakimləri açıqlanıb.
Matc.az UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, qarşılaşmanı İsveçrədən olan hakimlər briqadası idarə edəcək.
Görüşün baş hakimi Sandro Şerer olacaq. Ona yan xətlərdə Stefan De Almeyda və Yonas Erni köməklik göstərəcək. Dördüncü hakim funksiyasını Yohannes fon Mandak yerinə yetirəcək.
Oyunun VAR hakimi Fedayi San olacaq. AVAR-da isə Lukas Fendrix əyləşəcək.
Qeyd edək ki, "Qarabağ" - "Ayntraxt" qarşılaşması yanvarın 21-də Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək və saat 21:45-də start götürəcək.












