21 Oktyabr 2025, 12:55
FUTBOL
"Beşiktaş" "Benfika"dan icarəyə götürdüyü David Yuraşekin performansında razı deyil.
Matc.az xəbər verir ki, İstanbul nəhəngi çexiyalı futbolçunu vaxtından əvvəl göndərəcək. Bu barədə yerli mətbuat məlumat yayıb.
"Qara qartallar" Yuraşeklə yanvar ayında yollarını ayırmaq üçün onun klubu ilə danışıqlara başlayacaq.
Qeyd edək ki, "Beşiktaş" David Yuraşeki bu ilin iyul ayında icarəyə götürüb. 25 yaşlı sol cinah müdafiəçisi "ağ-qaralar"ın heyətində keçirdiyi 13 oyunda qol və ya qol ötürməsi edə bilməyib.