21 Oktyabr 2025, 11:44
FUTBOL
"Beşiktaş" Türkiyə Super Liqasının 3-cü turunun təxirə salınmış matçında səfərdə "Konyaspor"un qonağı olacaq.
matc.az xəbər verir ki, İstanbul təmsilçisi oyuna ciddi itkilərlə çıxacaq.
Yarımmüdafiəçi Demir Ege Tıknaz zədədən yeni qayıtdığı üçün oynamağa hazır deyil.
6 futbolçu isə fərqli səbəbdən komandaya kömək edə bilməyəcək. Vatslav Çorni, Gökhan Sazdağı, Cengiz Ünder, Tiaqo Calo, El Bilal Ture və Jota Silva qaydalara əsasən meydana çıxmayacaq. Belə ki, bu futbolçular qarşılaşmanın təxirə salındığı tarixdən sonra "qara qartallar"a transfer olunub.
Qeyd edək ki, "Konyaspor" - "Beşiktaş" qarşılaşması sabah Bakı vaxtı ilə saat 21:00-da start götürəcək.