21 Oktyabr 2025, 11:29
FUTBOL
Futbol üzrə Boolqarıstan çempionatında 12-ci turun oyunları keçirilir.
Matc.az xəbər verir ki, Azərbaycan milli komandasının müdafiəçisi Cəlal Hüseynovun formasını geyindiyi "Arda" doğma meydanda "Septemvri"ni qəbul edib. Qarşılaşma qonaqların 1:0 hesablı qələbəsi ilə başa çatıb.
Cəlal bu matçda iştirak etməyib. 22 yaşlı mərkəz müdafiəçisi sona qədər ehtiyatda qalıb.
12 turdan sonra 12 xal toplayan "Arda" turnir cədvəlinin 11-ci pilləsində qərarlaşıb.