UEFA Çempionlar Liqası Liqa mərhələsinin III turu çərçivəsində keçiriləcək "Qalatasaray" - "Budo Qlimt" matçının hakimləri açıqlanıb.

matc.az xəbər verir ki, görüşü ingiltərəli Maykl Oliver idarə edəcək. Bu barədə UEFA-nın rəsmi saytı məlumat yayıb.

Ona həmyerliləri Stüart Burt və Ceyms Mainvorinq köməklik göstərəcək. Dördüncü hakim funksiyasını isə Endryu Medli yerinə yetirəcək.

Qeyd edək ki, "Qalatasaray" - "Budo Qlimt" qarşılaşması oktyabrın 22-də Bakı vaxtı ilə saat 200:45-də start götürəcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest