20 Oktyabr 2025, 13:58
FUTBOL
"Portu"nun hücumçusu Samuel Omorodion karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.
Matc.az xxəbər verir ki, bu barədə "Fichajes" nəşri məlumat yayıb.
"Çelsi" ispaniyalı futbolçunu transfer etmək istəyir. London təmsilçisi 21 yaşlı forvard üçün 100 milyon avro ödəməyə hazırdır.
Qeyd edək ki, Samuel Omorodion bu mövsüm "Portu"nun heyətində keçirdiyi 12 oyunda 10 qol vurub.